Türkiyədə meşə yanğınları davam edir

Türkiyədə meşə yanğınları davam edir
  28 İyun 2025    Oxunub:1569
Türkiyənin bəzi bölgələrində meşə yanğınları şiddətlənib.
AzVision.az xəbər verir ki, Sakarya vilayətində başlayan və Biləcikə yayılan yanğın dünəndən davam edir. Külək səbəbindən yanğın daha geniş əraziyə yayılır.

Artıq Türkiyənin Meşə Yanğınları ilə Mübarizə Komissiyası ölkənin 47 vilayətində meşə massivlərinə girişi müvəqqəti olaraq qadağan edib.

Qeyd edək ki, son günlər Türkiyənin bir sıra vilayətində, o cümlədən İzmir və Sakarya bölgələrində yanğınsöndürənlər meşə yanğınları ilə mübarizə aparır.

Elnur Məmmədov

AzVision.az



Teqlər:



Xəbər lenti