Ukrayna Sarik Andreasyanı "qara siyahı"ya salıb

   Ukrayna Sarik Andreasyanı "qara siyahı"ya salıb
  28 İyun 2025    Oxunub:1442
Erməniəsilli rusiyalı rejissor Sarik Andreasyan Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına daxil edilib.
AzVision.az xəbər verir ki, rejissor Rusiyanın Ukraynaya qarşı informasiya təxribatında iştirak edib.

Sarik Andreasyan Ukrayna sərhədlərini bilərəkdən pozduğuna və Krımda qanunsuz fəaliyyətinə görə "qara siyahı"ya salınıb.

"Mirotvorets" saytı 2014-cü ildə yaradılıb. Portal Ukraynanın milli təhlükəsizliyinə təhdid yaradan bütün şəxslərin məlumatlarını dərc edir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti