Putin NATO dövlətlərini aqressivlikdə ittiham etdi

   Putin NATO dövlətlərini aqressivlikdə ittiham etdi
  28 İyun 2025    Oxunub:1333
"Onlar hərbi xərclərini artırmaq istəyirlər, qoy artırsınlar. Bu da onların aqressivliyindən xəbər verir".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin NATO ölkələrinin müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasına münasibət bildirərkən deyib.

"Bəli, bu gün bizim xeyli xərcimiz var. ÜDM-in 6,3%-ni təşkil edən maliyyə, çoxdur, yoxsa az? Məncə çoxdu. Bu, əlbəttə ki, bizim həll etməli olduğumuz problemlərdən, o cümlədən büdcələrdən biridir və biz onları ləyaqətlə həll edirik”, - Rusiya prezidenti vurğulayıb.

Qeyd edək ki, NATO ölkələrinin liderləri müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasını dəstəkləyib və qısa Zirvə toplantısından sonra bir-birilərini hücumdan müdafiə etməyə sadiq olduqlarını təsdiq ediblər.

ABŞ Prezidenti Donald Trampın tələbinə və Rusiya-Ukrayna münaqişəsindən sonra Avropanın narahatlığına cavab olaraq, NATO-ya üzv dövlətlər müdafiə xərclərinin 2035-ci ilə qədər ÜDM-in 5 faizinə çatdırılması barədə qısa bəyanatı təsdiqləyib.

Bəyanatda deyilir: “Biz Vaşinqton müqaviləsinin 5-ci maddəsində təsbit edildiyi kimi, kollektiv müdafiəyə sarsılmaz sadiqliyimizi bir daha təsdiqləyir və bildiririk ki, üzv dövlətlərin birinə hücum hamıya edilən hücum kimi qiymətləndirilir”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti