Arxiyepiskop Mikael Acapaxyan həbs edilib

   Arxiyepiskop Mikael Acapaxyan həbs edilib
  28 İyun 2025    Oxunub:1394
İrəvan Birinci İnstansiya Məhkəməsinin qərarı ilə Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan iki aylıq müddətə həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Ara Zöhrabyan bildirib.

Onun sözlərinə görə, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

Qeyd edək ki, Mikael Acapaxyan Ermənistanda hakimiyyətin devrilməsinə açıq çağırışlarda ittiham olunur.

AzVision.az


Teqlər:



Xəbər lenti