Altı rayona prokuror təyin edilib

   Altı rayona prokuror təyin edilib
  25 İyun 2025    Oxunub:1316
Ağstafa rayonuna prokuror təyin edilib.
Baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, Anar Cəfərov 2-ci səlahiyyət müddətinə Ağstafa rayon prokuroru vəzifəsinə təyin olunub.

Bundan başqa Qəbələ, Göyçay, Qobustan, Yevlax, Ağdam rayonlarına prokurorlar təyin edilib. Belə ki, Nazim Babayev Qəbələ, Ceyhun Almasov Yevlax, Səadət Rüstəmova Qobustan, Vasif Süleymanov Ağdam, Ramin Hüseynov isə Göyçay rayonuna prokuror təyin olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti