Röya: `Anarla artıq ayrılmışıq`

Röya: `Anarla artıq ayrılmışıq`
  03 Avqust 2014    Oxunub:6018
Tanınmış müğənni Röya Ayxan həyat yoldaşı Anar Cəlilovdan boşanması ilə bağlı açıqlama verib.
AzVision.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, Röya deyib ki, bir müddət əvvəl boşansa da, bunu ictimaiyyətə indi açıqlayır: "Anarla uzun illər xoşbəxt yaşadıq. Hörmətlə, sevgi ilə və rahatlıqla keçən illərdən övladımız da var. Amma artıq ayrılmışıq. Yenə də aramızda biri-birimizə qarşı hörmət var. Yəqin, belə məsləhət imiş".

Röya hər kəsdən bu qərara hörmət və anlayış tələb edib: "Bu mövzunun müzakirəsini qəti şəkildə istəmirəm. Hər kəsə də müraciət edirəm, sual verib, məni yormayasız. Həyatda hər şey baş verir. Heç kim heç bir hadisədən sığortalanmayıb"


Teqlər:





Xəbər lenti