Tramp: “İsrail İrana hücum etməyə hazırlaşmır”

      Tramp:    “İsrail İrana hücum etməyə hazırlaşmır”
  24 İyun 2025    Oxunub:1570
ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə münaqişənin sona çatması ilə bağlı açıqlama verib.
AzVision.az xəbər verir ki, Amerika lideri İsrailin İrana hücum etməyəcəyinə əmin olduğunu bildirib.

“İsrail İrana hücum etmək fikrində deyil. Bütün təyyarələr dönüb evlərinə yollanacaq, eyni zamanda İrana dostluq siqnalı verəcək. Heç kim zərər görməyəcək, atəşkəs qüvvədədir! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik!”, – ABŞ prezidenti özünün “Truts Soscial” sosial şəbəkəsində yazıb.

Tramp: “Atəşkəsi pozmayın”
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti münaqişə tərəflərini əldə olunan atəşkəsə əməl etməyə, atəşlərə və zərbələrə icazə verməməyə çağırıb.

Bu məsələ ilə bağlı Moskvanın mövqeyinə gəlincə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Yaxın Şərqdə münaqişənin tam həllindən danışmağın hələ tez olduğunu deyib. Eyni zamanda, Lavrov Moskvanın İran və İsraillə etibarlı münasibətlərini diqqətə çatdırıb.

Kreml hər iki tərəfin bəyanatlarını eşitdiyini, İsrail və İranın ABŞ-nin köməyi ilə münaqişəni həll edə bildiyinə və atəşkəs rejiminə keçdiyinə sevindiyini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   atəşkəs  



Xəbər lenti