Son üç ildə qəbul edilən standartların sayı altı dəfədən çox artıb

   Son üç ildə qəbul edilən standartların sayı altı dəfədən çox artıb
  24 İyun 2025    Oxunub:1078
Azərbaycanda 2021-ci ildə 36, 2022-ci ildə 68, 2023-cü ildə 139, 2024-cü ildə isə 232 yeni dövlət standartı qəbul olunub.
AzVision.az xəbər verir ki, bunu Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş standartlaşdırma sahəsində maarifləndirici seminarda Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə deyib.

Onun sözlərinə görə, 2021-ci illə müqayisədə 2024-cü ildə qəbul edilən standartların sayı 6 dəfədən çox artıb: "Bu ilin yanvar-may aylarında isə 86 yeni dövlət standartı qəbul olunub. Eyni zamanda, standartlaşdırma sahəsində mövcud dövlət standartlarının təkmilləşdirilməsi, onların aktuallığının və tətbiqinin səmərəliliyinin müəyyən edilməsi məqsədilə normativ sənədlərin dövri yoxlaması aparılır. 2025-ci ilin ilk 5 ayında 45 dövlət standartının dövri yoxlaması həyata keçirilib".

AzVision.az



Teqlər:



Xəbər lenti