Rusiya ordusu Ukraynada fəallaşıb

   Rusiya ordusu Ukraynada fəallaşıb
  24 İyun 2025    Oxunub:1146
Ukraynada yay hücumunu gücləndirən Rusiya yeni texnologiyalara, irəliləyişlərə və müdafiə qüvvələrini mühasirəyə almaq cəhdlərinə diqqət yetirir.
AzVision.az Böyük Britaniyanın “Financial Times” nəşrinə istinadən xəbər verir ki, may ayından bəri Rusiya əhəmiyyətli ərazi uğurları əldə edən Rusiya, o cümlədən Sumı vilayətində 200 kvadrat kilometr ərazini ələ keçirib və Dnepropetrovsk vilayətinin sərhədinə çatıb.

Əsas irəliləyiş istiqaməti Rusiya qoşunlarının üç tərəfdən 10 km irəlilədiyi Donetsk vilayətinin Konstantinovka bölgəsində olub. Bu, şəhərin mühasirəyə alınması təhlükəsini yaradır.
Müharibədən əvvəl 65 min sakini olan Konstantinovka indi 90% boşdur. Şəhərdə cəmi 8 min insan qalıb və yerli mağazalar və poçt şöbələri zirzəmilərə köçür.

“Uğurlu hücumların əsas amillərindən biri Ukraynanın elektron mübarizəsinin qarşısını ala bilmədiyi və ərazinin 30-40 km dərinliyindəki hədəfləri effektiv şəkildə vuran fiber-optik idarəolunan hücum dronlarıdır”, - materialda deyilir.

Ukraynanın “DeepState” layihəsi bildirir ki, Rusiya ordusu Donetsk vilayətində hücumlarını davam etdirir, Novomıxaylovka kəndini nəzarətə götürür. Habelə, Radkovka, Qrekovka və Nelipovka kimi digər yaşayış məntəqələri yaxınlığında irəliləyir. Son 24 saat ərzində döyüş bölgəsində 165 toqquşma qeydə alınıb.

Pokrovsk istiqamətində Ukrayna ordusu 54 hücumu dayandırıb, raket qoşunları və artilleriya Rusiya qoşunlarının cəmləşdiyi 17 ərazini vurub, 3 artilleriya sistemini və Rusiya qoşunlarının bir komanda məntəqəsini məhv edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   fəallıq  



Xəbər lenti