"Ölkəmiz dünyada sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır"

   "Ölkəmiz dünyada sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır"
  24 İyun 2025    Oxunub:1150
"Beş ildir ki, Azərbaycanda sülh tam təmin edilib və əlbəttə, hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, həm o ölkələr, həm də təbii olaraq bizim üçün bir o qədər yaxşı olacaq".
AzVision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Mingəçevirdəki "8 Noyabr" Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında deyib:

"Ancaq reallıq budur ki, bu gün bizim ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır və bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq".

AzVision.az


Teqlər: Prezident   açılış   çıxış  



Xəbər lenti