AZAL təyyarəsi Şərqi Aralıq dənizi üzərindən geri Bakıya döndü

AZAL təyyarəsi Şərqi Aralıq dənizi üzərindən geri Bakıya döndü
  23 İyun 2025    Oxunub:546
Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus Bakı-Dammam marşrutu üzrə "J2 8205" nömrəli reysi yerinə yetirən təyyarə Qətər hava məkanının bağlanması səbəbindən Bakı hava limanına geri qayıdıb.
AzVision.az bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

"Airbus" tipli təyyarə yerli vaxtla saat 22:49-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

AzVision.az



Teqlər:



Xəbər lenti