- İran İslam İnqilabı Keşikçilərinin (SEPAH) qərargahı;
- yarıhərbi "Bəsic" qüvvələrinin mərkəzi qərargahı;
- əsasən siyasi məhbusların saxlanıldığı "Evin" həbsxanası;
- şəhərin Fələstin meydanında "İsrailin məhvi" adlı küçə saatı;
- habelə ideoloji mərkəzlər və digər strateji obyektlər var.
|
| Tehran: "Tramp müharibəni başlatdı" |
Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarır. İyunun 22-də gecə saatlarında isə ABŞ Hərbi Hava Qüvvələri İranın "Nətənz", "Fordo" və İsfahan şəhərindəki nüvə obyektlərinə aviazərbələr endirib. Belə bir şəraitdə Prezident Donald Tramp özünün "Truth" hesabında yazdığı postda "İranda rejim dəyişikliyinin vaxtının çatdığına" eyham vurub.
June 23, 2025
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


