İspaniya: "Aİ sanksiyalardan çəkinməməlidir"

      İspaniya:    "Aİ sanksiyalardan çəkinməməlidir"
  23 İyun 2025    Oxunub:1056
"Avropa İttifaqı (Aİ) İsrailə qarşı sanksiyaların tətbiqində tərəddüd göstərməməlidir".
Bu sözləri İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən iclasından qabaq jurnalistlərə açıqlamasında dilə gətirib. O bu bəyanatını iclasda da diqqətə çatdıracağını vurğulayıb.

"İsrail-Aİ Əməkdaşlıq Sazişi dərhal dayandırımalı, bu ölkəyə qarşı silah embarqosu qoyulmalı və məsul şəxslərə qarşı fərdi sanksiyalar irəli sürülməlidir. Bu addımlar zəruridir, əks təqdirdə, daha ağır nəticələrlə üzləşəcəcəyik", - Albares söyləyib.
Tehran: "Tramp müharibəni başlatdı"

Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarır. İyunun 22-də gecə saatlarında isə ABŞ Hərbi Hava Qüvvələri İranın "Nətənz", "Fordo" və İsfahan şəhərindəki nüvə obyektlərinə aviazərbələr endirib. Belə bir şəraitdə Prezident Donald Tramp özünün "Truth" hesabında yazdığı postda "İranda rejim dəyişikliyinin vaxtının çatdığına" eyham vurub.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   İran   münaqişə   İspaniya   reaksiya  



Xəbər lenti