Tramp İranda rejimin dəyişməsini istəyir

   Tramp İranda rejimin dəyişməsini istəyir
  23 İyun 2025    Oxunub:1142
"İranda hazırkı hakimiyyət ölkəni "qüdrətli hala gətirməkdə" aciz qalıb".
ABŞ Hərbi Hava Qüvvələrinin İran ərazisindəki nüvə obyektlərini bombalaması fonunda Prezident Donald Tramp özünün "Truth" hesabında yazıb. Onun eyhamlı sözləri göstərir ki, Vaşinqton İranın daxili işlərinə qarışmaq niyyətindədir.

"Rejim dəyişikliyi" ifadəsini işlətmək siyasi baxımdan düzgün deyil, amma hazırkı İran rejimindən söhbət gedirsə, onda rejim nə üçün dəyişməsin?", - Tramp vurğulayıb.

Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarır. İyunun 22-də gecə saatlarında isə ABŞ Hərbi Hava Qüvvələri İranın "Nətənz", "Fordo" və İsfahan şəhərindəki nüvə obyektlərinə aviazərbələr endirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   İran   İsrail   münaqişə   rejim  



Xəbər lenti