“Cənab Trampın baş danışıqçısı Stiv Uitkoff iranlılarla tərksilah danışıqlarını davam etdirmək üçün Omana uçmağa hazırlaşarkən, cənab Netanyahu İrana qarşı kütləvi hücuma keçdi. Danışıqları relsdən çıxaran və İranı hərbi cəhətdən şikəst edən Netanyahu cənab Trampdan onun yerinə işi bitirməsini istədi”, - qəzet yazır.
“WSJ” vurğulayır ki, bu baxımdan, Netanyahu 2023-cü il oktyabrın 7-də hücumla bağlı xəbərdarlıqları nəzərdən qaçıran lider kimi deyil, “Həması darmadağın etməklə, Hizbullahı parçalamaqla və İrandan gələn nüvə təhlükəsini aradan qaldırmaqla İsraili üç ən böyük təhlükədən xilas edən” lider kimi tarixə düşə bilər.
|
| Tehran: “Cavab hazırlanır” |
Lakin ABŞ-nin zərbələrinin İranın nüvə obyektlərinə ciddi ziyan vurmadığını açıqlayan Tehran Vaşinqtonun hücumuna cavab hazırladığını vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


