İran Hörmüz boğazını bağlayır - Parlament razılıq verdi

  İran Hörmüz boğazını bağlayır  - Parlament razılıq verdi
  22 İyun 2025    Oxunub:1620
İran İslam Şurası (İran Parlamenti) Hörmüz boğazının bağlanmasına bağlanmasına səs verib.
AzVision.az bu barədə İran mediasına istinadla xəbər verir.

İranın Press TV kanalının məlumata görə, Hörmüz boğazının bağlanması ilə bağlı yekun qərarı İranın Ali Milli Təhlükəsizlik Şurası verməlidir.

İran parlamentinin deputatı və İnqilab Keşikçiləri Korpusunun komandiri Əsmail Kosəri "Gənc Jurnalistlər Klubu"na açıqlamasında bildirmişdi ki, Hörmüz boğazının bağlanması an məsələsidir və “lazım hesab edilən anda həyata keçiriləcək.”

Bu qərar strateji baxımdan son dərəcə əhəmiyyətli olan boğazda gərginliyi daha da artırır. Qeyd edək ki, dünya üzrə neft və qaz daşımalarının böyük bir hissəsi (təxminən 20 fazizi) məhz bu su yolu ilə həyata keçirilir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:



Xəbər lenti