İsrailin aviazərbələri nəticəsində SEPAH-ın daha beş komandiri ölüb

İsrailin aviazərbələri nəticəsində SEPAH-ın daha beş komandiri ölüb
  21 İyun 2025    Oxunub:1192
İsrailin İranın qərbinə endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) beş hərbçisi həlak olub.

Məlumata görə, öldürülənlərdən biri, SEPAH-ın 190-cı bölüyünün rəhbəri olan Behnam Şəhriyari “Hizbullah”, HƏMAS, husilər və digər silahlı qruplara silah tədarükünə cavabdeh şəxs olub. Bundan başqa SEPAH-ın Qüds Qüvvələrinin Fələstin Korpusunun rəhbəri Səid İzadi Qum şəhərindəki mənzilində qətlə yetirildiyi də məlum olub.

Tasnim agentliyinin məlumatına görə, iyunun 21-də səhər saatlarında İsrail Lurestan əyalətinin inzibati mərkəzi olan Xorremabad şəhərinə hava zərbələri endirib.

“NourNews” agentliyi isə zərbələr nəticəsində İran Hava Hücumundan Müdafiə Qüvvələrinin 15 hərbçisinin həlak olduğunu bildirib. Ölənlər arasında briqada generalı və digər yüksəkrütbəli zabitlər də var.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. Hazırda qarşılıqlı hava zərbələri davam edir.

AzVision.az


Teqlər:



Xəbər lenti