Diplomatik korpus nümayəndələri Şuşaya gediblər

Diplomatik korpus nümayəndələri Şuşaya gediblər
  21 İyun 2025    Oxunub:519
Diplomatik korpus nümayəndələrinin Şuşa şəhərinə səfəri başlayıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, heyəti Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəsi Aydın Kərimov və digər rəsmi şəxslər qarşılayıblar.

Qonaqlar bir çox tarixi abidə və mədəniyyət ocaqları ilə tanış olacaqlar.

Azərbaycanda akkreditasiyadan keçmiş yüzə yaxın diplomatın səfərinin ikinci günüdür. Onlar ötən gün Laçın rayonunda olmuşdular.

AzVision.az


Teqlər: diplomat   Şuşa   səfər  



Xəbər lenti