İsrail Hizbullahı vurdu

İsrail Hizbullahı vurdu
  20 İyun 2025    Oxunub:538
İsrail ordusu Livanın cənubunda Hizbullah təşkilatının hərbi obyektlərinə zərbələr endirib.
AzVision.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zərbələrin hədəfi təşkilatın silahlı qanadının raket infrastrukturu, buraxılış qurğuları və raketlər və digər silah növlərinin olduğu anbarlar olub.

Bildirilib ki, Hizbullah silahlı birləşmələri zərbələrə məruz qalan ərazilərdə fəaliyyətlərini bərpa etməyə çalışır.

AzVision.az



Teqlər:



Xəbər lenti