Nəsimi rayonunun bəzi yerlərində qaz olmayacaq

Nəsimi rayonunun bəzi yerlərində qaz olmayacaq
  20 İyun 2025    Oxunub:456
Nəsimi rayonu, Azadlıq prospekti ilə Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsində yeraltı orta təzyiqli qaz kəmərindən ayrılan qaz xəttində sızmanın aradan qaldırılması məqsədi ilə 21.06.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
AzVision.az xəbər verir ki, Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Nəsibbəy Yusifbəyli, Mirəli Qaşqay, Salatın Əsgərova, Şamil Əzizbəyov, İzzət Həmidov, Plotnikov, Kaveroçkin, Dağıstan, Ənvər Qasımzadə, Eldar Tağızadə küçələrinin, Azadlıq və Vaqif prospektlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AzVision.az





Teqlər:



Xəbər lenti