BMT Təhlükəsizlik Şurası təcili toplanır

   BMT Təhlükəsizlik Şurası təcili toplanır
  20 İyun 2025    Oxunub:1203
İyunun 20-də BMT Təhlükəsizlik Şurası (TŞ) Rusiyanın Ukraynanı kütləvi şəkildə atəşə tutması ilə əlaqədar təcili iclas keçirəcək.
AzVision.az xəbər verir ki, Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa “X” sosial şəbəkəsində bununla bağlı paylaşım edib.

“Kiyev BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərdən Rusiyanın çoxsaylı mülki əhalinin tələfatı ilə nəticələnən zərbələri ilə bağlı prinsipial mövqe tutmasını və Rusiyaya təzyiqin artırılmasının zəruriliyi barədə aydın siqnal göndərməsini gözləyir”, - Ukrayna XİN-in rəhbəri vurğulayıb.

Ukrayna həmçinin beynəlxalq ictimaiyyəti Kiyevə daha fəal dəstək verməyə, xüsusən də əlavə hava hücumundan müdafiə vasitələri təqdim etməyə çağırır.

Kiyev dəhşətli gecə yaşayıb | VİDEO
Andrey Sibiqa xatırladıb ki, Kiyevin Amerikanın tam atəşkəs təşəbbüsü ilə razılaşmasından 100 gün keçib. Lakin sülh təkliflərini israrla rədd edən Rusiya Ukraynanın mülki infrastrukturuna hücumları dayandırmır.

Xatırladaq ki, iyunun 17-də Rusiya hərbçiləri 16 qanadlı raket, iki Kinjal raketi və onlarla PUA-dan istifadə etməklə Kiyevə genişmiqyaslı birləşmiş zərbələr endirib. Bu zərbələr nəticəsində ilkin olaraq 15 nəfər ölüb, sonradan onların sayı 23-ə çatıb, onlarla insan yaralanıb, şəhərin bir sıra ərazilərində dağıntılar qeydə alınıb.

Bu gecə isə Rusiya Ukraynanın Xarkov, Odessa və Sumı vilayətlərinə kütləvi hava zərbələri endirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:     Ukrayna   zərbələr  



Xəbər lenti