Naxçıvan Ali Məclisinin sədrliyinə namizədlər üçün bəzi tələblər ləğv edilir
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ali təhsilli hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə biləcək.
Qüvvədə olan Konstitusiyaya əsasən, yaşı otuzdan aşağı olmayan, Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə bilər.
AzVision.az
Teqlər: Naxçıvan







Vaxtında, Aydın, Lazımlı!


