Naxçıvan Nazirlər Kabineti Prezidentə tabe olacaq

   Naxçıvan Nazirlər Kabineti Prezidentə tabe olacaq
  20 İyun 2025    Oxunub:1265
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq.
AzVision.az xəbər verir ki, bu, "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti muxtar respublikanın Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.

AzVision.az


Teqlər: Naxçıvan  



Xəbər lenti