Pakistan Tehrandakı səfirliyinin əməkdaşlarını Azərbaycana köçürüb

Pakistan Tehrandakı səfirliyinin əməkdaşlarını Azərbaycana köçürüb
  20 İyun 2025    Oxunub:1189
Pakistan xarici işlər naziri Məhəmməd İshaq Darın göstərişi ilə İrandan diplomatik nümayəndəliyin bəzi əməkdaşları və onların ailə üzvləri də daxil olmaqla 125 nəfər Azərbaycana köçürülüb.
Bu barədə Pakistanın Azərbaycandakı səfiri Qasım Mouhiddin özünün "X" hesabında yazıb. O bildirib ki, bu gün onlar Bakıdan Pakistanın Lahor şəhərinə göndəriliblər.

AzVision.az


Teqlər: Pakistan   səfirlik  



Xəbər lenti