Paytaxtda ölümlə nəticələnən qəza baş verib

Paytaxtda ölümlə nəticələnən qəza baş verib
  20 İyun 2025    Oxunub:1158
Bakıda, Heydər Əliyev prospektində, yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, 10 zolaqlı yolun hərəkət hissəsindən keçən iki piyadadan birini avtomobil vurub.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında diqqətə çatdırılır ki, paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, "ASK Arenanın" qarşısında piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Piyada hadisə yerində həyatını itirib.

Qəza səbəbindən metronun "Koroğlu" stanasiyası istiqamətində nəqliyyat sıxlığı yaransa da, polis əməkdaşları tərəfindən görülən zəruri tədbirlər nəticəsində hazırda avtomobillərin sərbəst hərəkəti təmin edilib.

AzVision.az


Teqlər: qəza  



Xəbər lenti