Paşinyan: “Ermənistan Rusiyadan qurtuldu”
Paşinyan Ermənistanın əvvəllər forpostu olduğu ölkənin adını çəkməsə də, onun Rusiyadan danışdığı birmənalıdır.
“Ermənistan hətta ən dost dövlətlərin belə Ermənistanın ərazi bütövlüyünü tanımadığına praktiki əmin olduğu dövrü də gördü. Bu, ayıldıcı təsir bağışladı”, - baş nazir vurğulayıb.
Onun sözlərinə görə, söhbət Ermənistanın “Qarabağı itirməsindən ” yox, “Ermənistanı əldə etməkdən” gedir. Paşinyan bunu “uğur tarixi” adlandırıb.
Xatırladaq ki, dünən “Taşir” Şirkətlər qrupunun rəhbəri və erməni əsilli rusiyalı milyarder Samvel Karapetyan istintaq tədbirlərindən sonra Ermənistanın İstintaq Komitəsinə aparılıb. Ona qarşı cinayət işi açılıb.
Karapetyanla bağlı atılan addımlar onun son vaxtlar Erməni Apostol Kilsəsi (AEK) ilə Nikol Paşinyan arasında yaşanan qarşıdurmada erməni ruhaniliyini özünəməxsus qaydada dəstəkləməsi zəminində baş verib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Paşinyan Rusiya qurtuluş







Vaxtında, Aydın, Lazımlı!


