ABŞ öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb

ABŞ öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb
  16 İyun 2025    Oxunub:450
ABŞ öz vətəndaşlarına İranı dərhal tərk etmələri ilə bağlı xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, bu barədə virtual nümayəndəliyin veb-saytında bildiriş dərc edilib.

“ABŞ vətəndaşları heç bir səbəbdən İrana səfər etməməli və əgər oradadırlarsa, dərhal İranı tərk etməlidirlər. İranı tərk edə bilməyən ABŞ vətəndaşları uzun müddət ərzində sığınacaqda qalmağa hazır olmalıdırlar”, – bildirişdə qeyd olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti