"İrana daha güclü zərbələr endiriləcək" -İsrailin müdafiə naziri

 "İrana daha güclü zərbələr endiriləcək" -İsrailin müdafiə naziri
  15 İyun 2025    Oxunub:1467
İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin İrana daha güclü hərbi zərbələr endirəcəyini bəyan edib.

Bu açıqlama İsrail ordusunun iranlılara hərbi obyektlərin yerləşdiyi əraziləri tərk etməyə çağırışından dərhal sonra verilib.

“Hərbçilər Tehranda və digər bölgələrdə hədəflərə zərbələr endirməklə İranı həm nüvə imkanlarından, həm də silah sistemlərindən məhrum edəcəklər”, – deyə İsrael Katz bildirib.
AzVision.az


Teqlər: İsrail  



Xəbər lenti