İran – İsrail: Qanlı gecə

      İran – İsrail:    Qanlı gecə
  15 İyun 2025    Oxunub:1150
Gecə İsraillə İranın arasında qarşılıqlı raket-aviasiya zərbələri davam edib. İsrail Tehrana, İran isə Eylat, Hayfa, Aşdod, Temre, Bat-yam, Rehavot şəhərlərinə zərbələr endirib. Nəticədə 200 nəfər xəsarət alıb, 4 nəfər həlak olub. 35 nəfərin haqqında heç bir xəbər yoxdur.
İsrailin Tehrandakı neft rezervuarlarını vurması nəticəsində yanğın başlayıb. İran öz növbəsində Hayfadakı neft emalı zavadua zərbə endirib.



İran əsasən ortamənzilli “Emad”, “Ghadr”, “Kheibar Shekan” ballistik raketlərindən istifadə edib.

Bombardmanlar nəticəsində Rehavotdakı Vaysman İnstitutu zədələnib.

İran pabliklərində yayılan məlumata görə, İsrail Tehranın Mehlati rayonunda İslam İnqilabının Keşikçiləri Korpusunun rəhbərlərindən birinin mənzilinə atəş açıb. Tehrana əsasən PUA-larla hücum edilib. İİKK-nin Kərəcdəki korpusuna da zərbə endirilib.



“Al Jazeera”nin məlumatına görə, İsrail İranın ali dini rəhbəri Seyid Əli Xamneyini məhv etməyə çalışır.

“Tasnim” agentliyi bildirir ki, İranın müdafi nazirliyinin binasına da atəş açılıb. Binanın korpuslarından biri zədələnib.

Samir Quliyev
AzVision.az


Teqlər: İsrail   İran  



Xəbər lenti