Hikmət Hacıyev: "Avropa İttifaqının nə istədiyi aydın deyil"
Prezidentin köməkçisi bildirib ki, bölgədə dayanıqlı ticarət və nəqliyyat əlaqələrinin qurulması üçün əməkdaşlıq və tərəfdaşlıq əsas şərtdir.
“Bizim investisiya imkanlarımız var və bölgədəki qardaş və tərəfdaş ölkələrlə sıx əməkdaşlıq edirik”, - Hikmət Hacıyev vurğulayıb.
Azərbaycan Prezidentinin köməkçisi ölkəmizin bütün əsas nəqliyyat infrastrukturunu Mərkəzi Asiya ölkələri ilə birləşdirdiyinə diuqqət çəkib. Hikmət Hacıyev bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə birlikdə bölgədə üzərlərinə düşən işi yerinə yetirir və Mərkəzi Asiya ölkələri ilə əlaqələri genişləndirirlər.
O, həmçinin qeyd edib ki, Çin və Qırğızıstan hazırda 900 kilometrlik yeni dəmir yolu xətti inşa edirlər və bu infrastruktur Mərkəzi Asiyaya daha qısa marşrutla çıxış imkanı verəcək. Transxəzər vasitəsilə biz bu proseslərin hamısını bir-biri ilə əlaqələndiririk.
“Sualım budur ki, Avropa İttifaqı haradadır? Bəli, siz tərəfdaş kimi bizə qoşula bilərsiniz, amma hələ də Aİ-nin bu məsələdə nə istədiyi tam aydın deyil. Biz hələ də bunu görə bilmirik”, - Azərbaycan Prezidentinin köməkçisi deyib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


