“Şahdağ”da 10 kilometrlik yeni xizək yolu inşa edilir

“Şahdağ”da 10 kilometrlik yeni xizək yolu inşa edilir
  13 İyun 2025    Oxunub:592
2026-cı ilin mart ayında “Şahdağ”da keçiriləcək Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışları ilə əlaqədar olaraq yeni infrastruktur layihələrinin icrasına start verilib.
AzVision.az xəbər verir ki, bunu “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov bəyan edib. Onun sözlərinə görə, bu çərçivədə 10 kilometrlik yeni xizək yolunun inşası həyata keçirilir.

Turizm rəsmisi həmçinin bildirib ki, bu ilin sonuna qədər 124 nömrədən ibarət daha bir hotelin istifadəyə verilməsi planlaşdırılır. Mərkəz rəhbəri vurğulayıb ki, “Şahdağ” kompleksinin inkişafı və genişləndirilməsi mərhələli şəkildə davam etdirilir, görülən işlər davamlı xarakter daşıyır.

AzVision.az



Teqlər:



Xəbər lenti