Yol polisi istifadəyə yararsız 600 kq toyuq əti aşkarlayıb
Xəbər verilir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Saray qəsəbəsində yerləşən stasionar postunda xidmət aparan Yol Patrul Xidməti (YPX) əməkdaşları tərəfindən "Mercedes" markalı avtomobilin saxlanılması zamanı aparılan yoxlama nəticəsində yük yerində təxminən 600 kiloqram toyuq əti aşkarlanıb.
Araşdırma zamanı məlum olub ki, məhsulun müşayiətedici sənədləri yoxdur, eləcə də qablaşdırma, daşınma və saxlanma qaydaları kobud şəkildə pozulub. Bu isə məhsulun istifadəyə yararlılığına əsaslı şübhə yaradıb.
Aşkarlanmış məhsul Qida Təhlükəsizliyi Agentliyinə təhvil verilib, faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


