Mehmanxanaların sayı 44 %-dən çox artıb

   Mehmanxanaların sayı 44 %-dən çox artıb
  13 İyun 2025    Oxunub:1110
2017–2024-cü illərdə Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 44,4 %, bu obyektlərin birdəfəlik tutumu isə təxminən 62 % artıb.
Bunu Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdir müavini Günay Bayramova yay mövsümünün açılışı, bu istiqamətdə həyata keçirilən işlər və yeniliklərlə əlaqədar media turda bildirib.

O, qeyd edib ki, 2018–2024-cü illərdə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti üzrə ÜDM istehsalı ildə orta hesabla 3,8 % artıb: "Bu artım nəticəsində həmin dövrdə sektorda yaradılan əlavə dəyər 30 % yüksələrək 2024-cü ildə 3,1 milyard manata çatıb".

AzVision.az



Teqlər:



Xəbər lenti