Reuters: "İranın ən azı 20 komandiri ölüb"

      Reuters:    "İranın ən azı 20 komandiri ölüb"
  13 İyun 2025    Oxunub:1327
"İsrail Hərbi Hava Qüvvələrinin İrana endirdiyi aviazərbələr nəticəsində ən azı 20 ali rütbəli komandir, o cümlədən İran İnqilab Keşikiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə həyatını itirib".
Bu barədə iki regional mənbə "Reuters" xəbər agentliyinə bildirib. Onların sözlərinə görə, İsrailin hərbi təyyarələri İrandakı "Nətənz" nüvə obyektini yenidən bombalayıb. Eyni zamanda, Təbriz Hava Limanının aviazərbə nəticəsində yandığı diqqətə çatdırılır.

İsrail tərəfi "Nətənz"ə ciddi ziyan vurduğunu, o cümlədən yeraltı sentrifuqa qurğusunu sıradan çıxardığını vurğulasa da, İran hökuməti bu obyektin yalnız "səthi zərər gördüyünü" söyləyir.
İsrail Ordusu: "Bu hələ başlanğıcdır"

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus 200-dən çox təyyarə bu gün səhər saatlarında İrana genişmiqyaslı aviazərbələr endirib. Əməliyyat nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami və "Xətam Əl-Ənbiya" qoşunlarının komandiri Qulam Əli Rəşid, habelə başqaları həyatlarını itiriblər. İran Ordusu bu hücuma cavabən İsrail ərazisinə 100-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirməyə cəhd göstərib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   İsrail   hücum  



Xəbər lenti