Azərbaycana gətirilən duz məhsullarında uyğunsuzluq aşkarlanıb

Azərbaycana gətirilən duz məhsullarında uyğunsuzluq aşkarlanıb
  13 İyun 2025    Oxunub:312
Azərbaycana gətirilən duz məhsullarında uyğunsuzluq aşkarlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində “Vertex Commerce” MMC-nin İtaliyadan idxal etdiyi "İtalkali" müəssisəsinin istehsalı olan 144 kq və fiziki şəxs İbiş Qasımovun Türkiyədən idxal etdiyi “Şifay Gıda İthalat İhracat Sanayi Ticaret Anonim Şirketi"nin istehsalı olan 2 100 kq yodlaşdırılmış duz məhsulundan götürülən nümunələrin müayinəsi nəticəsində yodun miqdarının normadan aşağı olduğu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək, məhsul partiyası məhv edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti