Azərbaycan və Türkiyə ordusunun Naxçıvanda keçiriləcək təliminin vaxtı bilinib

Azərbaycan və Türkiyə ordusunun Naxçıvanda keçiriləcək təliminin vaxtı bilinib
  12 İyun 2025    Oxunub:379
Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin "Mustafa Kamal Atatürk-2025" döyüş atışlı birgə taktiki təlimlərinin keçiriləcəyi tarix məlum olub.

AzVision.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, hərbi təlim iyunun 20-dən 30-na qədər Naxçıvanda baş tutacaq.

Təlimdə Türkiyə Silahlı Qüvvələri və Azərbaycan ordusunun şəxsi heyəti səhra atəşi tapşırıqlarını yerinə yetirəcək.

AzVision.az





Teqlər:



Xəbər lenti