FHN çimərliklərdə monitorinqlər keçirib

FHN çimərliklərdə monitorinqlər keçirib
  12 İyun 2025    Oxunub:393
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərlik mövsümünə hazırlıqla bağlı monitorinqlər keçirib.
AzVision.az xəbər verir ki, tədbir zamanı media nümayəndələri Xəzər dənizinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki çimərlikdə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirləri ilə tanış olublar.

Sularda təhlükəsizlik tədbirləri ilə bağlı media mənsublarına FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili məlumat verib.

AzVision.az



Teqlər:



Xəbər lenti