Rusiyanın ABŞ-dəki səfiri Trampla görüşüb

 Rusiyanın ABŞ-dəki səfiri Trampla görüşüb
  12 İyun 2025    Oxunub:1177
"ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüş qısa, amma konstruktiv əhvalda baş tutdu".
Bu sözləri Rusiyanın Vaşinqtondakı yeni səfiri Aleksandr Darçiyev "RİA Novosti" xəbər agentliyinə müsahibəsində dilə gətirib. Diplomatik missiyasına artıq mart ayında başlamış səfir dünən etimadnaməsini Donald Trampa çatdırıb.

"Etimadnamənin təqdimat mərasimi, əlbəttə, uzun söhbətlər üçün nəzərdə tutulmayıb, ancaq xoşbəxtlikdən, ABŞ lideri, özünün gərgin iş qrafikinə baxmayaraq, Rusiya Günü (12 iyun - red.) münasibətilə mənimlə şəxsən görüşdü", - Darçiyev vurğulayıb.

Səfirin sözlərinə görə, onlar görüş əsnasında Rusiya-ABŞ münasibətlərinin bərpasının vacibliyini qarşılıqlı surətdə təsdiqləyiblər. Darçiev ABŞ Prezidentinə bildirib ki, o bu iş üzərində şəxsən işləməyə hazırdır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   ABŞ   səfir   prezident   görüş  



Xəbər lenti