İrəvanda atışma: yaralılar var
İki kişi arasında yaşanan münaqişə zamanı onlardan biri silahı çıxararaq atəş açıb. Nəticədə mübahisənin 31 yaşlı iştirakçısı və təsadüfən yaxınlıqda olan 76 yaşlı qadın xəsarət alıb.
Məlumatda zərərçəkənlərin xəstəxanaya aparıldığı bildirilir. Polis atəş açan şəxsin şəxsiyyətini müəyyənləşdirir və lazımi əməliyyat tədbirləri həyata keçirir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


