Sərxoş vəziyyətdə qəza törədən sürücü saxlanılıb

Sərxoş vəziyyətdə qəza törədən sürücü saxlanılıb
  10 İyun 2025    Oxunub:994
Yasamalda sərxoş vəziyyətdə qəza törədən sürücü saxlanılıb.
İyunun 10-da saat 02 radələrində M.Əliyev küçəsində “Saipa” markalı nəqliyyat vasitəsilə təhlükəli manevrlər edən sürücü maddi zərərlə nəticələnən qəza törədib.

1994-cü il təvəllüdlü şəxs idarə etdiyi “Saipa” avtomobili ilə yol kənarında dayanan “Hyundai” markalı nəqliyyat vasitəsinə və mopedə çırpılıb.

Nəticədə “Saipa” markalı avtomobildə olan 1 nəfər yüngül xəsarət alıb. Sərxoş vəziyyətdə olan sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti