Tramp Netanyahu ilə nəyi müzakirə edib? - VİDEO

      Tramp Netanyahu ilə nəyi müzakirə edib?  - VİDEO
  10 İyun 2025    Oxunub:1210
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığında İranın nüvə proqramı ətrafında vəziyyət və Qəzza zolağında baş verənlərlərlə bağlı müzakirələr aparıb.
AzVision.az xəbər verir ki, Ağ Evdə keçirilən brifinqdə bununla bağlı ona ünvanlanan sualın cavabında Donald Tramp belə deyib.

“Bəli, biz çox məsələləri müzakirə etdik və hər şey çox yaxşı, çox rəvan keçdi. Görək bundan nə çıxacaq. Bilirsiniz, biz İranla nəsə etməyə çalışırıq”, - Amerika lideri bildirib.

Ağ Ev rəhbəri, bununla belə, İranla danışıqların çox çətin getdiyini vurğulayıb.

- Biz indi İranla bağlı çox işləyirik. Bu asan deyil. Onlar əla danışıqçılardır. Bəzən çox sərt olurlar - problem budur. Ona görə də biz elə sövdələşməyə çalışırıq ki, dağıntı və ölüm olmasın. Bu barədə Netanyahuya dedim. Ümid edirəm ki, nəticə verəcək. Ancaq nəticə verməyə bilər. Bunu tezliklə öyrənəcəyik”, - ABŞ prezidenti vurğulayıb.

Xamenei: "İcazə gözləyəsi deyilik"
Xatırladaq ki, mayın 23-də ABŞ və İran rəsmiləri Romada nüvə danışıqlarının beşinci raundu keçiriblər. Danışıqlarda vasitəçi, Omanın Xarici İşlər naziri Bədr əl-Busaidi “müəyyən, lakin yekun irəliləyiş olmadığını” açıqlayıb

İyunun 1-də Ağ Ev xüsusi elçi Stiven Uitkoffun Tehrana “ətraflı və məqbul” təklif təqdim etdiyini açıqlayı. “Axios” portalının yazdığına görə, bura uranın məhdud müddət ərzində aşağı səviyyəyə qədər zənginləşdirilməsi imkanları daxildir. Bununla belə, iyunun 7-də Donald Tramp bildirib ki, İran uranı zənginləşdirməməlidir, əks halda “Tehran bunun nəticələri ilə üzləşəcək”.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Netanyahu  



Xəbər lenti