ABŞ-Çin danışıqları davam edəcək - VİDEO

   ABŞ-Çin danışıqları davam edəcək    - VİDEO
  10 İyun 2025    Oxunub:1004
ABŞ və Çin hökumətlərinin nümayəndələri iyunun 10-da Londonda iqtisadi-ticari məsələlər üzrə danışıqları davam etdirəcəklər.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Bloomberg” agentliyinin yazdığına görə, müzakirələr dünən 6 saatdan çox davam edən danşıqları ABŞ-nin Maliyyə naziri Skott Bessent “yaxşı”, Ticarət naziri Hovard Lutnik isə “məhsuldar” adlandırıb.

Amerika nümayəndə heyətinə ticarət məsələləri üzrə danışıqlar aparan Ceymison Qrir də daxildir.

Çin tərəfinə baş nazirin müavini He Lifen rəhbərlik edir. O, danışıqların ilk günündən sonra jurnalistlərə açıqlama verməyib.

Çin ABŞ-ni ittiham edir
Xatırladaq ki, iki ölkə arasında ticari-iqtisadi məsləhətləşmələr mexanizmi mayın 10-11-də Cenevrədə keçirilən görüşdən sonra yaradılıb. Onda tərəflər may ayına qədər həcmi 100%-i ötmüş qarşılıqlı rüsumları qismən azaltmaq barədə razılığa gəliblər.

İyunun 5-də Çin prezidenti Si Cinpin və ABŞ prezidenti Donald Tramp arasında telefon söhbətində onlar danışıqların yeni mərhələsini sürətləndirməyi qərara alıblar.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Çin   danışıqlar  



Xəbər lenti