Ölkədə yağıntılı hava hökm sürür

Ölkədə yağıntılı hava hökm sürür
  06 İyun 2025    Oxunub:1356
İyunun 6-sı saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, yağıntılar bəzi yerlərdə leysan xarakterlidir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata əsasən, düşən yağıntının miqdarı Qusarda 24, Qaxda 13, Şirvan və Şamaxıda 10, Qubada 8, Şahdağ, Qobustan və Şəkidə 5, Altıağac, Xaltan, Şabran və Zaqatalada 4, Qəbələ, Neftçala və Balakəndə 2, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Göyçay, Oğuz, Daşkəsən, Gədəbəy, Şahbuzda 1 mm-dir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 21, Naxçıvan MR-da 18, Aran rayonlarında 20, dağlıq rayonlarda isə 11 dərəcəyədək isti qeydə alınır.

AzVision.az


Teqlər: hava   yağış  



Xəbər lenti