Dörd nəfərin öldüyü qəzanın ilkin səbələri açıqlanıb I FOTO

   Dörd nəfərin öldüyü qəzanın ilkin səbələri açıqlanıb  I FOTO
  05 İyun 2025    Oxunub:1173
Baş Dövlət Yol Polisi İdarəsi Qazaxda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
İdarədən AzVision.az -a bildirilib ki, qəzanın baş verməsinə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə və sərxoş halda idarə edilməsi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.



"Araşdırma zamanı həmçinin məlum olub ki, sürücü Ramal Vəliyev il ərzində mütəmadi olaraq yol hərəkəti qayda pozuntularına yol verib ki, bu qayda pozuntularının əksəriyyəti sürət həddinin aşılması ilə bağlı olub. Bu faktlar yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşmanın sonda nə qədər ağır faciələrə səbəb olduğunu bir daha təsdiqləyir", - məlumatda qeyd olunub.



AzVision.az



Teqlər:



Xəbər lenti