Böyükşor–Pirşağı yolunda hərəkət istiqaməti dəyişdiriləcək

   Böyükşor–Pirşağı yolunda hərəkət istiqaməti dəyişdiriləcək
  05 İyun 2025    Oxunub:526
Böyükşor–Pirşağı yeni avtomobil yolunun 4–12-ci kilometrliyində aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdiriləcək.
AzVision.az xəbər verir ki, müvəqqəti dəyişiklik 6 iyun tarixində saat 09:00-dan başlayaraq tikinti işləri başa çatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil ediləcək.

Sürücülərdən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.

AzVision.az



Teqlər:



Xəbər lenti