Husilər Təl-Əviv aeroportuna zərbə endiriblər

Husilər Təl-Əviv aeroportuna zərbə endiriblər
  05 İyun 2025    Oxunub:1218
Yəmən husilərinin “Ənsar Allah” hərəkatı Təl-Əvivin Ben Qurion Beynəlxalq Hava limanına iki pilotsuz təyyarə zərbəsi endirdiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, husi silahlı qruplarının rəsmi sözçüsü Yəhya Sariya üsyançıların nəzarətində olan “Al Masirah” telekanalının efirində hücumun “işğal olunmuş Yaffa bölgəsi”nə (Təl-Əviv) PUA-lar tərəfindən edildiyini və "əməliyyatın öz məqsədinə çatdığını" bildirib.

Bundan əvvəl İsrail ordusu “şərqdən” buraxılan pilotsuz uçuş aparatının qarşısını aldığını bildirmişdi. Ölkənin bir sıra bölgələrində hava hücumu siqnalları səslənib.

Hazırda İsrail hakimiyyət orqanlarından hava limanına hücumun rəsmi təsdiq barədə heç bir açıqlama yoxdur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: husilər   Təl-Əviv  



Xəbər lenti