Putin Roma Papası ilə telefon danışığı aparıb

Putin Roma Papası ilə telefon danışığı aparıb
  04 İyun 2025    Oxunub:496
Rusiya Prezidenti Vladimir Putin Papa XIV Leo ilə telefon danışığı aparıb.
AzVision.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Putin pontifik seçilməsi münasibətilə Papa XIV Leonu bir daha təbrik edib və ona bu yüksək missiyanı yerinə yetirməkdə uğurlar arzulayıb.

Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi zamanı Vladimir Putin siyasi və diplomatik vasitələrlə sülhə nail olunmasında maraqlı olduğunu təsdiqləyib və böhranın ədalətli və hərtərəfli həlli üçün onun əsas səbəblərinin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti