Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq
Havanın temperaturu gecə 17-20° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18°, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


