ABŞ tədricən Suriyadan çıxır

   ABŞ tədricən Suriyadan çıxır
  03 İyun 2025    Oxunub:831
Amerika Birləşmiş Ştatları Suriyadakı hərbi iştirakının genişmiqyaslı ixtisarına başlayıb: iki baza bağlanıb, digəri isə kürd Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətinə verilib.
AzVision.az xəbər verir ki, Pentaqonun sözçüsü “Al Arabiya” telekanalına 500-ə yaxın amerikalı hərbçinin artıq Suriyanı tərk etdiyini bildirib. Qalan qrup ayrı-ayrı yerlərdə cəmləşəcək. Pentaqon bu addımını “düşünülmüş və təhlükəsiz” hərəkət adlandırıb.

Məlumdur ki, Mission Support Site Euphrates” bazası SDQ-yə verilib və “Mission Support Site Green Village” bazası bağlanıb. Üçüncü obyektin adı isə açıqlanmır.

Kürd birləşmələrinin nəzarətində olan ərazilərdə ABŞ 2015-2018-ci illərdə 9 hərbi baza və 3 forpost yaradıb. Aprel ayında Vaşinqton artıq Suriyadakı qoşunlarının sayını 1000 nəfərdən aşağı azaltmaq planlarını açıqlamışdı.

Tramp suriyalı həmkarı ilə görüşüb | FOTOLAR
Bundan əvvəl, martın 10-da kürd birləşmələri ilə Suriyanın müvəqqəti administrasiyası SDQ hissələrinin hökumət ordusuna daxil edilməsi haqqında saziş imzalayıb. Suriyanın şimal-şərqindəki bütün strateji obyektlər, o cümlədən neft-qaz yataqları Dəməşqdəki yeni administrasiyanın nəzarətinə keçməlidir.

Xatırladaq ki, mayın ortalarında ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Suriyanın indiki lideri Əhməd Əş-Şəraa ilə əla görüş keçirdiyini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Suriya  



Xəbər lenti