“Ağ Ev Ukraynanın pilotsuz təyyarələrinin bu hücumunu dərhal pisləməli, bütün dəstəyi geri götürməli və Lindsi Qremə deməlidir ki, evə qayıtsın. Əks-halda qayıdandan sonra səni həbs edəcəyik”, - Trampın sabiq müşaviri deyib.
|
| Qrem: ABŞ Rusiyaya qarşı “sarsıdıcı” sanksiyalar hazırlayır |
- Lindsi Qrem orada deyir: “Ey, Trampı unudun. Mənim Palata və Senatım var. Biz Rusiya sanksiyaları haqqında qanun layihəsini qəbul edəcəyik”. Qrem, aranı qızışdırmaqla məşğuldur”, - keçmiş məmur vurğulayıb.
Xatırladaq ki, ötən həftə demokrat Riçard Blümental və respublikaçı Lindsi Qremin təşəbbüskarlığı ilə ABŞ Senatında qanun layihəsi təqdim edilib. Sənəd Ukrayna üzrə sülh sazişi ilə bağlı Moskvanın qəbuledilməz şərtlər irəli sürəcəyi təqdirdə Rusiyadan gələn mallara 500% ikinci dərəcəli tariflərin tətbiqini nəzərdə tutur. Bundan başqa, sanksiyalar Rusiya neftini alan ölkələrə də şamil edilə bilər. Qanun layihəsini 81 senator dəstəkləyib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


